Ruslar üçün dost və düşmən ölkələr 

13:40 31.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

VTsIOM-un təşkil etdiyi son sorğuda Rusiya vətəndaşlarının 55 faizi Çini “ən dost ölkə” olaraq seçib.

Hafta.az-ın yazdığına görə, VTsİOM Fondunun icraedici direktoru Konstantin Abramov açıqlamasında deyib: "2014-cü ildən başlayaraq Çin Rusiyanın dost ölkələri reytinqində ardıcıl olaraq liderlik edir. 2022-ci ilin son məlumatlarına görə, rusiyalıların 55 faizi Çinə, 49 faizi Belarusa, 22 faizi Hindistana, 17 faizi Türkiyəyə, 13 faizi Qazaxıstana və cəmi 5 faizi Özbəkistana səs verib".

Abramovun sözlərinə görə, ABŞ “düşmən ölkələr” siyahısında birinci yerdədir. Rusiya vətəndaşları 76 faizlə ABŞ-ı, 43 faizlə Ukraynanı, 39 faizlə Böyük Britaniyanı “düşmən ölkə” olaraq qeyd edir. Daha sonra Baltikyanı ölkələr, Fransa, Almaniya və Polşa sıralanır.

Hazırda Rusiya vətəndaşlarının 85 faizi Çini dost, tərəfdaş və müttəfiq kimi görür.

Siyasət rubrikasından digər xəbərlər